Məryəm Ələkbərlinin əsərləri Luvr muzeyində “Art Shopping” sərgisində - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məryəm Ələkbərlinin əsərləri Luvr muzeyində “Art Shopping” sərgisində - FOTO

13:32 - 26 / 05 / 2018
Məryəm Ələkbərlinin əsərləri Luvr muzeyində “Art Shopping” sərgisində - FOTO

Luvr muzeyinin Karusel salonunda XXI “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb. Bu il sərgidə 15 ölkədən 450 rəssamın 1750 əsəri nümayiş olunur.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ölkəmiz Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli, Cəmilə Sultan, Leyla Məlikli, Fidan Əliyeva, Fatma Məmmədova, Lalə Ağayeva, Aydan Hüseynli kimi rəssamlarla təmsil olunur.

Əməkdar Rəssam Əsmər Nərimanbəyova sərgidə nümayiş olunan əsərlərində miniatür formadan istifadə edib. Onun əsərləri milli elementlərlə zəngindir və ekspressionist janrdadır. Rəssam ailəsində dünyaya göz açmış Əsmər Nərimanbəyova rənglər dünyasında böyüyüb və ailədəki yaradıcı mühit onun əsərlərinə təsirsiz ötüşməyib. Əməkdar Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib.

İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Karusel salonunda nümayişi ənənəyə çevrilib. Onun əsərləri altıncı ildir Luvr muzeyinin Karusel sərgi salonunda sənətsevərlərin qəlbini fəth edir. Məryəmin rənglər dünyası onun seçimini, dünyaya baxışını, təbiətsevərliyini, insanlara münasibətini, mövzu axtarışını duymağa imkan verir. Gənc rəssam daxili aləmini məharətlə ağ kətan üzərinə köçürür, hər birimizi sehrli aləminin seyrçisinə çevirərək, onu bizimlə bölüşür.

Qeyd edək ki, Məryəmin əsərləri məşhur fransız aktyoru Jerar Depardyeni yenidən ovsunlayıb. Bu dəfə J.Depardye kolleksiyasını rəssamın 6 əsəri ilə daha da zənginləşdirib. Fransız aktyorun kolleksiyasında gənc rəssamın ümumilikdə 7 əsəri yer alıb.

S.Xankişiyeva

 

 

Paylaş:
758

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər