Göygöldə ağır qəza: iki nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə ağır qəza: iki nəfər ölüb

19:07 - 26 / 05 / 2018
Göygöldə ağır qəza: iki nəfər ölüb

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Zeynalov Əhəd Yusif oğlu Mollacəlli-Dozlar yolu ilə hərəkətdə olarkən idarə etdiyi "KamAZ" markalı yük maşınını aşırdıb.

Nəticədə sürücü xəsarət alıb. Maşında olan iki sərnişin: 1986-cı il təvəllüdlü Rəşad Qəşəm oğlu Bədəlov qəza yerində və 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Fərzəliyev Eldar Allahverdi oğlu isə xəstəxanada keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

 

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər