Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq

28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.
1news.az-ın məlumatına görə, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər.
Həmin yerlərin siyahısını təqdim edirik:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.
1news.az
320