Nazir Muxtar Babayev belaruslu rejissor İqor Bışnyovu qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Muxtar Babayev belaruslu rejissor İqor Bışnyovu qəbul edib

16:20 - 28 / 05 / 2018
Nazir Muxtar Babayev belaruslu rejissor İqor Bışnyovu qəbul edib

Mayın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib, bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub.

Görüşdə Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.

1news.az

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər