Çərçivəsiz “Vivo Z1” smartfonu rəsmən təqdim edilib – FOTO
Çinin “Vivo” şirkəti yeni “Vivo Z1” smartfonunu təqdim edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Vivo Z1” smartfonu Full HD+ (2280x1080 piksel) təsvir ölçülü və tərəflər nisbəti 19:9 olan 6,27 düymlük IPS displey, 13+2 meqapiksellik əsas kamera, 12 meqapiksellik ön kamera ilə təchiz edilib. Süni intellekt əsasında işləyən funksiyalar, həmçinin sifətə görə istifadəçinin tanınması və blokdan çıxarılması nəzərdə tutulub.
Aparat səkkiznüvəli “Qualcomm Snapdragon 660” prosessoru, 4 giqabaytlıq əməli yaddaş və 64 giqabaytlıq daxili fləş-kartla (“microSD” formatlı kartın köməyi ilə yaddaşın tutumunu 256 giqabaytadək artırmaq mümkündür) təchiz edilib. Akkumulyator batareyasının tutumu 3260 milliamper/saat təşkil edir.
2 ədəd SİM-kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5”, GPS dəstəklənir. Smartfon “Funtouch OS 4.0” interfeysli “Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyir.
İyunun 4-dən satışına başlanılacaq “Vivo Z1” smartfonu qara, göy və qırmızı rənglərdə təklif edilir. Qiyməti təxminən 280 ABŞ dolları təşkil edir.
1news.az