AXC-nin 100 illiyi ilə bağlı konsert və atəşfəşanlıq olacaq

Bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramı keçiriləcək.
Heydər Əliyev Fondundan 1news.az-a verilən məlumata görə, konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.
Konsert saat 20:00-dan etobarən Dənizkənarı Milli Park ərazisində – Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanacaq. Saat 22:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.
1news.az
582