TuranBank fermerlərə 6%-lə güzəştli kreditlər təklif edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

TuranBank fermerlərə 6%-lə güzəştli kreditlər təklif edir

16:20 - 29 / 05 / 2018
TuranBank fermerlərə 6%-lə güzəştli kreditlər təklif edir

TuranBank və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsini nəzərdə tutan niyyət protokolu imzalayıb. 

İmzalanma mərasimində TuranBankın İdarə Heyət sədrinin birinci müavini Fəzail Musayev, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev ilə yanaşı, Azərbaycan hökuməti ilə kənd təsərrüfatı layihələrini həyata keçirən bir sıra nüfuzlu beynəlxalq təşkilatların – Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO-nun), Avropa Yenidənqurma və İnkişaf Bankının,  eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyasının təmsilçiləri və bir sıra yerli bank və kredit təşkilatlarının nümayəndələri də iştirak ediblər. 

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə birgə icra olunacaq layinənin şərtlərinə əsasən, Bank fermerlərə kreditləri 200 000 manatadək olmaqla, maksimum illik 6%-lə, 5 il müddətinə təqdim edəcək.  Qeyd edək ki, kənd təsərrüfatı və regionların inkişafı sahəsində uğurlu fəaliyyəti ilə seçilən TuranBank Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində bu gunədək ümumilikdə 910 təsərrüfat subyektinə 23,7 milyon manat həcmində güzəştli kredit verib.  

TuranBank 9-u ölkənin regional mərkəzlərində (Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazax) olmaqla ümumilikdə 16 xidmət nöqtəsi vasitəsilə müştərilərə xidmət göstərir.

Bankın xidmət və məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi www.turanbank.az saytından, facebook (www.facebook.com/turanbankasc), instagram (https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

Reklam hüququnda

Paylaş:
493

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər