“Euronews”: Azərbaycan mətbəxinin kraliçası haqqında | 1news.az | Xəbərlər
Cəmiyyət

“Euronews”: Azərbaycan mətbəxinin kraliçası haqqında

09:26 - 30 / 05 / 2018
“Euronews”: Azərbaycan mətbəxinin kraliçası haqqında

Azərbaycan mətbəxinin əsl kraliçası dolmadır. Bu yeməyə olan sevgi ölkənin bütün bölgələrini və millətlərini istisnasız birləşdirir. Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olub.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan mətbəxinin kraliçası olan dolma haqqında “Euronews” telekanalının müxbiri Qalina Polonskaya danışıb:

“Dolma Azərbaycan mətbəxinin sütunlarından biridir. Ölkədə bu yeməyin 386 növü məlumdur. Dolmanın bükülməsi zərgərlik nümunəsidir”.

“Ət, düyü, göyərti, soğan, üzüm yarpağı: Azərbaycan dolmasının uğurlu olmasının sirlərindən biri yerli, təbii, təzə məhsullardır”, - Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova deyib.

O, nənəsigildə dolmanın hazırlanmasını öyrənib. Şəxsi reseptini gələcək nəsillərə ötürmək burada ənənədir.

Ceyran Əsgərova deyir:

“Prosesin çətin tərəfi ondan ibarətdir ki, dolma balaca olmalıdır, qəşənq bükülməlidir, dəyirmi olmalıdır, hazırlanma zamanı yarpaqlar dağılmamalıdır”.

 “Azərbaycan bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil”, - reportajda qeyd edilib.

S.Xankişiyeva

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər