Tanınmış aparıcının avtomobilindən oğurluq edilib

Tanınmış aparıcı Saleh Bağırovun avtomobilindən oğurluq edilib.
1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsində baş verib. S.Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edilib və saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, S.Bağırov İTV-nin aparıcısıdır.
S.Xankişiyeva
389