İsrailin Azərbaycandakı səfiri “Azercell” in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzini ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İsrailin Azərbaycandakı səfiri “Azercell” in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzini ziyarət edib – FOTO

17:30 - 31 / 05 / 2018
İsrailin Azərbaycandakı səfiri “Azercell” in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzini ziyarət edib – FOTO

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub.

Belə ki, İsrailin Azərbaycandakı səfiri cənab Dan Stav Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin strategiyası, hədəfləri və maraqları barədə daha ətraflı məlumat əldə etmək üçün mərkəzdə qonaq olub. İsrail XİN-nin gənc diplomatları – xanım Hila Rouzfeldin, cənab Mayk Driquezin, Azercell-in Strategiya və İnnovasiya şöbəsinin və Barama Mərkəzinin rəhbəri İmran Bağırovun, şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın, PAŞA Bankın Dayanıqlı İnkişaf Məsələləri üzrə aparıcı meneceri Ceyhun Atayevin və digər Azercell nümayəndələrinin iştirak etdiyi görüşdə startaplarla İsrail şirkətləri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İsrail rəsmiləri korporativ sosial məsuliyyət və innovativ həllər sahələrində Barama mərkəzi ilə əməkdaşlığa açıq olduqlarını bildiriblər. Səfir Dan Stav Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətini və yerli startaplara dəstəyin yüksək qiymətləndirdiyini vurğulayıb. Səfir bütün istiqamətlərdə Azərbaycan və İsrail arasında əlaqələrin genişləndirilməsində marağını ifadə edərək, gələcəkdə qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün çalışacağını bildirib.

Öz növbəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin gələcək fəaliyyəti, yaxın vaxtlarda həyata keçirəcəyi beynəlxalq layihələri haqqında qonaqlara məlumat verib.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə “Azercell Telekom” MMC tərəfindən Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək və qoruyub saxlamaq üçün yaradılıb. Əsas məqsədi startapların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etməkdə olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. 9 il ərzində Baramada 80-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 20-si hazırda müstəqil şirkətlərdir. Hər il mərkəz Hackathon, Barama Yeniyetmələr Akademiyası - İT Məktəbi, Mentorlarla Səhər yeməyi, Stupid Idea Day və s. kimi 50-dən çox tədbir təşkil edir. Barama Mərkəzənin hal hazırda həm Bakı həm də bölgələrdə 5 fiziki ofisi var: Baş Ofis, Bakı Dövlət Universiteti, Baku ABC School, Gəncədə Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Reklam hüququnda

Paylaş:
337

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər