Ən möhkəm korpusa malik smartfon məlum oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ən möhkəm korpusa malik smartfon məlum oldu

17:23 - 31 / 05 / 2018
Ən möhkəm korpusa malik smartfon məlum oldu

“Tom's Guide” portalının versiyasına görə, “Motorola Moto Z2 Force” ən möhkəm korpusa malik smartfon seçilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ekspertlər tərəfindən aparıcı istehsalçıların qurğuları davamlılığa görə sınaqdan keçirilib: smartfonlar iki metr hündürlükdən taxta və beton səth üzərinə atılıb, eləcə də suda batırılıb. Testlərin nəticələrinə görə qurğu 10 ballıq şkala üzrə qiymətləndirilib.

Bildirilir ki, “Motorola” modeli 8,5 bal qazanıb. Bütün manipulyasiyalardan sonra smartfonun həm korpusu, həm də ekranı üzərində çatlar əmələ gəlməyib.

Reytinqdə ikinci və üçüncü yeri “LG X Venture” (6,6 bal) və “Apple iPhone X” (6,2) tutub. Liderlər beşliyinə, həmçinin hərəyə 6 bal toplayan “LG V30” və “Samsung Galaxy S9” modelləri daxil olub.

Ekspertlər tərəfindən ən incə model kimi şkala üzrə 3,9 balla kifayətlənən “iPhone SE” seçilib.

1news.az

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər