Samsung yeni layihəsinə davam edir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung yeni layihəsinə davam edir – FOTO

10:15 - 31 / 05 / 2018
Samsung yeni layihəsinə davam edir – FOTO

Azərbaycanda və dünyada beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi tanınan, elektronika satışı üzrə lider olan Samsung şirkəti yeni layihəsini davam etdirir. 

Layihənin əsas məqsədi ölkəsini dünyada tanıdan, vətənini beynəlxalq aləmdə layiqincə təmsil edən insanları, öz sahəsində yüksək nailiyyətləri olan şəxsləri ən yaxşı “Samsung” məhsulları ilə dəyərləndirməkdir. Bu dəfə Samsung şirkəti dünya şahmatının tanınmış siması, gənclər arasında ikiqat dünya, Azərbaycan milli komandasının heyətində üçqat Avropa çempionu, Vüqar Həşimov Memorialının ikiqat qalibi, Avropa Çempionlar Kubokunun sahibi, FİDE reytinqində üçüncü pillədə qərarlaşan şahmatçımız Şəhriyar Məmmədyarova Samsung Galaxy S9+ mobil telefonunu təqdim edib.

Şəhriyar Məmmədyarov bu layihəyə görə Samsung-a təşəkkür etdi:

“Mən çox şadam ki, Samsung məhz şəxsi keyfiyyətləri və nailiyyətləri dəyərləndirir. Bu mənim üçün çox vacib amildir”.

Yeni telefona gəldikdə isə, qrossmeyster fikirlərini belə bölüşüb:

“Bu modelin keyfiyyətlərini şahmatla müqayisə edərdim. Çox ağıllı telefondur. Zəngin funksiyaları var. Onları öyrənmək üçün müəyyən vaxt lazım olacaq. Ekranı geniş olduğuna görə internetdə rahat şahmat oynamaq imkanım var. Samsung Galaxy S9+-un foto çəkmək qabiliyyətini xüsusi qeyd edərdim. Yarışlarda olduğum zaman şəkil çəkdirməyi xoşlayıram. Bu mənada Samsung Galaxy S9+ köməyimə çatacaq. Bir idmançı kimi yenilikləri çox sevirəm, hər bir şeydə yüksək keyfiyyət və çox funksionallığa yüksək önəm verirəm”.

Qeyd edək ki, “Samsung” şirkəti Azərbaycanı müxtəlif sahələrdə dünyada layiqincə tanıdan insanlara premium hədiyyələri təqdim etməklə, onların ən yaxşı məhsullara layiq olduğunu vurğulamağa bu layihə çərçivəsində davam edəcək.

Reklam hüququnda

Paylaş:
318

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər