Sonuncu sınaq imtahanına qeydiyyat davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sonuncu sınaq imtahanına qeydiyyat davam edir

09:28 - 31 / 05 / 2018
Sonuncu sınaq imtahanına qeydiyyat davam edir

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da* sonuncu sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

İyunun 10-da keçiriləcək sınaq imtahanına qeydiyyat  4 iyun saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 12 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilir. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdirilir.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanında iştirak haqqı 20 AZN-dir.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

* İyunun 10-da ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək. “Azərbaycan dili” imtahanında iştirak etməli olan abituriyentlərin sınaq imtahanına yazılmamaları xahiş olunur! 

1news.az

Paylaş:
285

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər