Ərzaq paxlalılarının məhsuldar sortlarının dəmyə şəraitində üstünlükləri mövzusunda təlim keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ərzaq paxlalılarının məhsuldar sortlarının dəmyə şəraitində üstünlükləri mövzusunda təlim keçirilib

22:44 - 31 / 05 / 2018
Ərzaq paxlalılarının məhsuldar sortlarının dəmyə şəraitində üstünlükləri mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında 30 fermerin iştirakı ilə "Ərzaq paxlalılarının (noxud, mərci) yeni rayonlaşmış və perspektivli yüksək məhsuldar sortlarının dəmyə şəraitində üstünlüklərinin nümayişi" mövzusunda təlim seminarı keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təlim seminarda Əkinçilik Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümbətov ərzaq paxlalılarının qida rasionunda əhəmiyyəti, əkin və becərilmə qaydaları, əldə edilən yeni perspektiv sortların yüksək qidalılıq dəyəri və məhsuldarlığı barədə danışıb.

İnstitutun Ərzaq paxlalıları proqramının rəhbəri Rəşadət Əmirov Azərbaycanda yüksək və keyfiyyətli ərzaq paxlalıları istehsalı sahəsində mövcud vəziyyət barədə geniş məlumat verib. Qeyd edib ki, respublikamızın müxtəlif iqlim şəraitində məhsuldar və yüksək keyfiyyətli ərzaq paxlalıları yetişdirilir ki, bu da perspektivli sortlar hesabına əldə edilir. Fermerlərə bu sortlardan istifadə edilməsi tövsiyə olunub.

Bitki fiziologiyası və biotexnologiyası şöbəsinin aparıcı elmi işçisi Rüfət Mirzəyev Əkinçilik Elmi Tədqiqat İnstitutunun rayonlaşmış və perspektivli noxud və mərci sortlarının üstünlükləri - quraqlığa və xəstəliklərə, o cümlədən müxtəlif stress amillərinə davamlılığı - haqqında fermerlərə geniş məlumat verib.

Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru Hüseynağa Feyzullayev Qiymətli ərzaq bitkisi olaraq ərzaq paxlalılarının becərilməsi xüsusiyyətləri, onların torpaqyaxşılaşdırıcı xüsusiyyətinin olmasına görə növbəli əkində istifadə edilməsinin əhəmiyyəti, dünya üzrə ərzaq paxlalılarının istehsal dövriyyəsi barədə məlumat verib.

Təlim zamanı ərzaq paxlalılarının əkin bölgələrində torpaqların ümumi gübrə normalarının müəyyənləşdirilməsi, torpağın biokimyəvi xüsusiyyətlərini dəyişməsi haqqında da fermerlərə məlumat verilib.

Daha sonra nümayiş əkinlərinə baxış keçirilib. Fermerlər seminarın praktiki və maarifləndirici əhəmiyyətinə görə öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
631

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər