Saxta sənədlə Azərbaycan sərhədindən keçmək istəyən 3 əcnəbi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Saxta sənədlə Azərbaycan sərhədindən keçmək istəyən 3 əcnəbi saxlanılıb

11:38 - 31 / 05 / 2018
Saxta sənədlə Azərbaycan sərhədindən keçmək istəyən 3 əcnəbi saxlanılıb

Bu il mayın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınıb.

1news.az-ın DSX-nın Mətbuat Mərkəzinə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə doğurub, xüsusi laboratoriya şəraitin­də dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib.

Belə ki, “Dubay-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Navaz Shoaib tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib.

“Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.

“İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən isə sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

1news.az

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər