İrəvanla bağlı daha bir filmin çəkilişlərinə başlanıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrəvanla bağlı daha bir filmin çəkilişlərinə başlanıldı – FOTO

15:27 - 01 / 06 / 2018
İrəvanla bağlı daha bir filmin çəkilişlərinə başlanıldı – FOTO

“Elmi Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti  yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İRƏVAN: xatirələr və etiraflar”  adlı  qısa metrajlı filmin çəkilişlərinə start verib.

Birliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, filmin çəkilməsində məqsəd 2018-ci ildə ermənilərə verilən Azərbaycanın tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsinin beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Layihə rəhbəri Telman Qasımovun sözlərinə görə, 100 il öncə  İrəvan şəhərinin tarixi, mədəniyyət abidələri, ziyallıları və müsəlman türk əhalisinin demoqrafik vəziyyəti kəskin dəyişməyə və vandalizmə məruz qaldı:

“Bir əsrdə İrəvan, şübhəsiz ki, dəyişdi. Amma onu dəyişdirən zaman, illər yox, bu şəhəri Azərbaycandan güzəşt almış ermənilər oldu. Onlar nələri bacardılarsa məhv etdilər, yer üzündən sildilər, nələri bacarmadılarsa adlarını dəyişdirdilər və bu yolnan insanlara unutdurmağa çalışdılar. Bu gün, 100 il sonra artıq İrəvan yox, Yerevan var. Xəritədə, tarixdə, yaddaşlarda isə İrəvan yaşayır.

Bu gün Yerevanda İrəvanı adlarda, abidələrdə, küçələrdə, hər daşda və öz varlıqlarında yaşadan azərbaycanlılar da yoxdur. Amma bu gün Yerevanda ermənilər var. “İrəvan” sözünü əbədi silmək istəyən, lakin buna gücü çatmayan ermənilər”.

Qeyd edək ki, filmin çəkilməsinin məqsədi həqiqətin etirafı – yalanın ifşasıdır. Bu filmdə insanlar danışacaqlar: azərbaycanlılar və ermənilər. Azərbaycanlılar İrəvan şəhəri haqqında xatirələrini, ermənilər isə, bəlkə heç özləri də bilmədən, etiraflar edəcəklər.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər