Qida Təhlükəsizliyi Agentliyinin sədri ət kəsim məntəqəsində monitorinq keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyinin sədri ət kəsim məntəqəsində monitorinq keçirib – FOTO

17:58 - 01 / 06 / 2018
Qida Təhlükəsizliyi Agentliyinin sədri ət kəsim məntəqəsində monitorinq keçirib – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlər çərçivəsində ət və ət məhsullarının istehsalı ilə məşğul olan “AzProtein Foods Group” MMC-nin fəaliyyəti ilə tanış olub, istehsalat sahələrinə baxış keçirib.

1news.az-a Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən verilən məlumata görə, sədr qida təhlükəsizliyi sahəsində dövlət siyasəti və qarşıya qoyulan tələblər haqqında müəssisə əməkdaşlarına geniş məlumat verib, müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsullarının, o cümlədən qida zəncirində mühim əhəmiyyət kəsb edən ət və ət məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının əsas vəzifə olduğunu diqqətə çatdırıb.

Müəssisədəki iri və xırdabuynuzlu heyvanların kəsim sahəsi, laboratoriya otağı, dondurucu sahə, qablaşdırma sahəsinə baxış keçirən Q.Təhməzli iş prosesini müşahidə edib, kollektivi maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib, onların istək və arzularını dinləyib.

S.Xankişiyeva

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər