Qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb

17:51 - 01 / 06 / 2018
Qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən  Bum meşəbəyliyinin 6 saylı dolayında  içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub.

Saxlanılan avtomobillər Qəbələ rayon Polis Şöbəsinə təhvil verilib, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanan sənədlər hüquq-mühafizə orqanına göndərilib.

1news.az

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər