Bakıda iki marşrut xətti birləşdirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda iki marşrut xətti birləşdirilir

17:54 - 01 / 06 / 2018
Bakıda iki marşrut xətti birləşdirilir

Bakı Nəqliyyat Agentliyi (BNA) “Beynəlxalq Avtovağzal” kompleksi – “8-ci km Bazarı”nı əlaqələndirən 20 nömrəli və Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) – “Xalqlar Dostluğu” metrostansiyasını əlaqələndirən 94 nömrəli marşrut xətləri ilə bağlı müsabiqə elan edib.

BNA-dan 1news.az-a verilən məlumata görə, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından “8-ci km Bazarı”na qədər)  Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu.

“Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydalarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu. Qeyd edilən nöqsanların aradan qaldırılması və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması üçün 20 və 94 nömrəli marşrutların birləşdirilərək müsabiqə yolu ilə bir daşıyıcı tərəfindən istismar edilməsinə qərar verilib. Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək hər iki marşrutun son dayanacaq məntəqəsi də dəyişdirilib. Dəyişikliyə əsasən, avtobuslar Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) - Əhmədli metrostansiyası və Beynəlxalq Avtovağzal Kompleksi-Əhmədli metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək.

Müsabiqə şərtlərinə əsasən, daşıyıcıdan ən azı 35 avtobus tələb olunur. Bu avtobuslar minimum 75 sərnişin tutumuna və 24 oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 05:30-da reysə başlamalı, 23:59-də isə reysi bitirməlidir. Müsabiqəyə dair sənədlər toplusu 05.06.2018 tarixində Bakı Nəqliyyat Agentliyinin www.bna.az rəsmi saytında yerləşdiriləcək. Müsabiqədə iştirak etmək istəyən və maraqlanan şəxslər tanış ola bilər. Təkliflərin qiymətləndirilməsi zamanı daşıyıcılara (sahibkarlara) aşağıdakı meyarlarına görə üstünlük veriləcəkdir:

1. Müasir standartlara cavab verən istehsalat bazasına (qaraj) malik olması.

2. İstehsalat bazalarının avtobus sayına müvafiq təmir zonalarına, inzibati binaya və parklanma ərazisinə malik olması.

3. Yeni müasir avadanlıqlarla təhciz edilmiş nəqliyyat vasitələrinə (avtobuslara) malik olması;

4. Sürücü bazası və müvafiq işçi heyətə malik olması.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır,” – deyə BNA-nın məlumatında qeyd olunub.

1news.az

Paylaş:
373

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər