Pekində Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media-Sammiti keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pekində Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media-Sammiti keçirilib – FOTO

11:30 - 01 / 06 / 2018
Pekində Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media-Sammiti keçirilib – FOTO

İyunun 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birinci Media-Sammiti keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələrin media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Təşkilatın dialoq üzrə tərəfdaşı olan Azərbaycanı Media-Sammitdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edib.

Sammitdə çıxış edən Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Xuan Kunmin bildirib ki, Media-Sammitin keçirilməsi təşəbbüsü ilə ilk dəfə ŞƏT-in üzvü olan ölkə rəhbərlərinin sammitində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib. O bildirib ki, media xalqları birləşdirmək, sülhü və inkişafı təşviq etmək üçün mühüm vasitədir. "Bu gücdən ŞƏT-in məramlarının tanıdılması məqsədilə geniş istifadə etmək lazımdır. Mətbuat ŞƏT ölkələri arasında dialoqun inkişaf etməsinə böyük töhfə verə bilər. Buna görə də təşkilatın inkişafına və Şanxay ruhunun geniş təbliğinə mətbuat diqqəti artırmalıdır", - deyən Xuan Kunmin medianın terrorizm və ekstremizmlə mübarizədə, təhlükəsizlik və sülhün təbliğində rolundan danışıb.

Təşkilatın baş katibi Rəşid Əlimov sammiti tarixi hadisə adlandırıb. O, bu formatın, ilk növbədə, media qurumları arasında informasiya, təcrübə və kadr mübadiləsi üçün əhəmiyyətli olduğunu qeyd edib. R.Əlimov jurnalistlərin cəmiyyətdə vacib rolunu vurğulayıb, hadisələrin işıqlandırılmasında obyektivliyin əhəmiyyətini önə çəkib.

İyunun 9-10-da Çinin Sindao şəhərində keçiriləcək ŞƏT dövlət rəhbərləri sammiti haqqında məlumat verən baş katib orada 20-yə qədər sənədin imzalanacağını, UNESCO ilə razılaşma əldə olunacağını deyib.

Media-Sammitdə "KİV-lər arasında informasiya mübadiləsinin möhkəmləndirilməsi və əməkdaşlıq təşəbbüsü" qəbul olunub.

Sonra sənədlərin imzalanması mərasimi olub. AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişi imzalanıb.

Saziş iki agentlik arasında gündəlik olaraq xəbər, foto və video mübadiləsi, sosial mediada əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, tərəflər mütəmadi olaraq yeni media redaktorları və informasiya texnologiyaları mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsini təşkil edəcəklər.

Tədbir panel iclasları ilə davam edib.

S.Xankişiyeva

Paylaş:
514

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər