Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

12:29 - 01 / 06 / 2018
Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

1news.az-ın Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər