Bakı-Ələt-Qazax yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bakı-Ələt-Qazax avtomobil yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
1news.az-ın Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə iyunun 1-də saat 09:30-dan axşam saatlarınadək Bakı-Ələt-Qazax avtomobil yolunun 14-320 kilometrliyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Sözügedən avtomobil yolunda hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.
Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
1news.az