Bakıda tiryək taciri tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tiryək taciri tutuldu

14:25 - 02 / 06 / 2018
Bakıda tiryək taciri tutuldu

Bakıda narkotik alverçisi tutulub.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Əhmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan 309 qram heroin, həmçinin tiryək və metadon aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər