Azərbaycanlı imama 8 il həbs cəzası verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı imama 8 il həbs cəzası verilib

16:33 - 03 / 06 / 2018
Azərbaycanlı imama 8 il həbs cəzası verilib

Dağıstan Respublikasının İzberbaş rayon məhkəməsi 21 yaşlı (bəzi məlumatlara əsasən 31 yaşlı) Azərbaycan vətəndaşı İlqar Vaqif oğlu Əliyevi 8 il müddətinə azadlıqdan məhrum edib.

O, “Nurçular” təriqətinə gəncləri cəlb etməkdə ittiham olunur.

1news.az Rusiya KİV-in istinadla xəbər verir ki, İlqar Əliyev Cinayət Məcəlləsinin 1, 1.1 maddəsi üzrə təqsirli bilinib.

Məlumata görə, o, Fətullah Gülənin Dağıstandakı imamı funksiyasını yerinə yetirirmiş.

S.Xankişiyeva

 

Paylaş:
408

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər