50 manat üstündə xalası oğlunu bıçaqlayan şəxs yaxalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

50 manat üstündə xalası oğlunu bıçaqlayan şəxs yaxalanıb

19:00 - 03 / 06 / 2018
50 manat üstündə xalası oğlunu bıçaqlayan şəxs yaxalanıb

Abşeron polisi bir müddətdir axtarışda olan şəxsi yaxalayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, 50 manat pul üstündə xalası oğluna qarşı cinayət törədən İlham Qədirov tutularaq Abşeron Polis İdarəsinə gətirilib.

Əvvəllər məhkumluq həyatı yaşayan İlham Qədirov cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib. O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün əvvəl borc kimi verdiyi 50 manat pulu tələb edib. Onlar məsələni yeyib-içdikdən sonra həll etmək qərarına gəliblər. İ. Qədirov içki məclisi zamanı Xəyyam Babayevi bıçaqlayaraq hadisə yerində qaçıb.

Hazırda saxlanılan şəxs barəsində zəruri istintaq tədbirləri davam etdirilir.

S.Xankişiyeva

Paylaş:
347

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər