Sabah bir neçə şəhər və rayonlarda su olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bir neçə şəhər və rayonlarda su olmayacaq

19:32 - 03 / 06 / 2018
Sabah bir neçə şəhər və rayonlarda su olmayacaq

Bəzi rayonlarin bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın  artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı  müvəqqəti dayandırılıb:

Bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar,  Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının  bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

ASC rəsmisi qeyd edib ki, suyun verilməsində fasilələr Kür çayında bulanıqlıq səviyyəsi normallaşana qədər davam edəcək.

S.Xankişiyeva

 

Paylaş:
419

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər