YAY qalereyasında "Cismani peyzajlar" sərgisi | 1news.az | Xəbərlər
Cəmiyyət

YAY qalereyasında "Cismani peyzajlar" sərgisi

11:13 - 05 / 06 / 2018
YAY qalereyasında "Cismani peyzajlar" sərgisi

YAY qalereyasında  8 iyun tarixində ‘Cismani peyzajlar’ adlı qrup sərgisinin açılışı olacaq.

1news.az xəbər verir ki, sentyabrın 1-dək davam edəcək sərginin iştirakçıları Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov, Sabina Şıxlinskayadır.

İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca hər iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnikalar və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə edilir və artıq qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edib.   Artıq XX əsrin əvvəllərində, tanınmış holland rəssamı Pit Mondrian, özündə qadın (maddi) və kişi (mənəvi) elementlərini birləşdirən, qeyri-binar varlıq kimi qiymətləndirilən rəssam haqqında nəzəriyyə işləyib hazırlamışdır. Eyni dövrdə bir çox nəzəriyyəçilər və rəssamlar hələ də bipolyar gender identifikasiyası ilə bağlı olan incəsənətin “qadın” və “kişi” komponentlərindən bəhs edən oxşar nəzəriyyələri həyata keçirməyə cəhd göstərirdilər.

Sərgidə müxtəlif peyzajlar nümayiş etdirilir. Bu peyzajlarda təbiət insani cizgilər kimi təsvir olunur və insan bədəni obyektivləşdirilərək, hər hansı gender mənsubiyyətindən ayrılma, dünyəvi formalar və rənglər, daxili durumun parlaq proyeksiya səthlərində yox olma təəssüratını yaradır.

Giriş sərbəstdir. 

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç., 5 
(Əliağa Vahid heykəlinə yaxın). 
Tel.: 012 505 2323 
www.yaygallery.com

 

Paylaş:
325

Son xəbərlər

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:24
Bütün xəbərlər