Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Sabah Ramazan ayının iyirmi ikinci günüdür.
1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:20-də, iftar isə saat 20:25-dədir.
Ramazan ayının iyirmi ikinci gününün duası:
“Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də’vətil-muztərrin”.
Tərcüməsi:
“Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını qəbul edən!”
Allah orucunuzu qəbul etsin!
S.Xankişiyeva
304