Azərbaycanda 6 bal gücündə zəlzələ olub - FOTO  | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 6 bal gücündə zəlzələ olub - FOTO 

09:32 - 06 / 06 / 2018
Azərbaycanda 6 bal gücündə zəlzələ olub - FOTO 

Azərbaycanda güclü zəlzələ baş verib.

1news.az-ın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

5,5 maqnitudalı zəlzələnin ocağının 12 km dərinlikdə yerləşdiyi bildirilir.

Məlumata görə, zəlzələ episentrdə 6 bala qədər hiss olunub.

Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub.  Zəlzələ həmçinin Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər