Azərbaycan Beynəlxalq Bankı 100 müştərisinə hədiyyə təqdim etdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı 100 müştərisinə hədiyyə təqdim etdi – FOTO

11:10 - 06 / 06 / 2018
Azərbaycan Beynəlxalq Bankı 100 müştərisinə hədiyyə təqdim etdi – FOTO

Azərbaycan Beynəlxalq Bankının “Yüzdən biri ol!” devizi altında keçirdiyi “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasında qalib olmuş müştərilərə hədiyyələr təqdim olunub.

Kampaniyada ümumən 100 iştirakçı qalib olub. 60 qalib 100 manat, 25 qalib 300 manat, 10 qalib 500 manat hədiyyə qazanıb. Təqdimat mərasimində lotereyanın 2 qalibinə  “İpad Pro 9.7”, daha 2 qalibinə  “İphone X” smartfonu təqdim olunub. Birinci yerin qalibi Xədicə Məmmədovaya isə MALDİV ADALARINA 2 NƏFƏRLİK (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ verilib.

Xədicə Məmmədova Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüdür. O, 406 min 159 uduş şansı arasından cəmi 4 uduş şansı ilə qalib gəlib:

“Bu, bir qismətdir. Bankdan kredit almışdım. Mayın 15-də gecə “Xəzər” televiziyasının canlı efirindən zəng edib dedilər ki, lotereyada udmuşam. Çox sevinirəm. Maldiv adalarına böyük qızımla gedəcəyəm. Azərbaycan Beynəlxalq Bankına minnətdaram ki, bizə belə bir imkan yaratdı”.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, belə stimullaşdırıcı tədbirlərin keçirilməsində məqsəd müştəriləri nağdsız ödənişlərə həvəsləndirməkdir:

“Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verir. İnnovativ bankçılıq texnologiyalarının tətbiqi ilə nağdsız ödəniş infrastrukturunu inkişaf etdirməyə çalışır. Belə stimullaşdırıcı tədbirlərimiz gələcəkdə də davam etdiriləcək”.

Xatırladaq ki, lotereya kampaniyası 15 mart – 30 aprel tarixlərini əhatə edib. İştirak şərtlərinə görə, kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ölkədaxili və ölkəxarici nağdsız alış-veriş zamanı aparılmış bütün əməliyyatlar üzrə, yaxud onlayn qaydada ödənilmiş hər 100 manata görə müştəri bir uduş şansı qazanıb. Eyni zamanda, kampaniya dövründə bankdan nağd pul krediti alan müştəri hər 500 manat kredit məbləğinə görə bir şans əldə edib. Uduş fondu 15 may 2018-ci il tarixində saat 22.00-da “Xəzər” televiziyasının canlı yayımında oynanılıb. Qaliblərin seçimi kampaniya müddətində formalaşan uduş şansları arasından, xüsusi proqram təminatı vasitəsilə, təsadüfi seçim əsasında aparılıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
410

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər