Sürücülük vəsiqəsi almaq istəyənlərə bəd xəbər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sürücülük vəsiqəsi almaq istəyənlərə bəd xəbər

12:06 - 06 / 06 / 2018
Sürücülük vəsiqəsi almaq istəyənlərə bəd xəbər

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində öz əksində tapıb.

Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 25 manatadək artırılır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdır.

1news.az

Paylaş:
2140

Son xəbərlər

Bütün xəbərlər