“Tekfen” Filarmoniya Orkestri Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tekfen” Filarmoniya Orkestri Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib - FOTO

00:27 - 06 / 06 / 2018
“Tekfen” Filarmoniya Orkestri Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib - FOTO

İyunun 5-də Heydər Əliyev Mərkəzində “Tekfen” Filarmoniya Orkestri “100 il” adlı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş konsertin tamaşaçıları sırasında respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri də olublar.

Heydər Əliyev Mərkəzi və “Tekfen” inşaat şirkətinin təşkilatçılığı ilə keçirilən klassik musiqi axşamında orkestr tanınmış dirijor Аziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq klassik musiqi nömrələri ifa edib. Gecədə görkəmli bəstəkarlar Qara Qarayev və Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.

Dünya şöhrətli pianoçu Hüseyin Sermet və kamança ifaçısı Mehri Arifqızının solist qismində çıxışı gecəyə əlavə gözəllik qatıb.

Orkestr bütün professional ifaçılıq imkanlarını təqdim etməklə, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Eyni zamanda, universal ifaçılıq üslubunu nümayiş etdirən kollektivin çıxışı salonda yüksək əhval-ruhiyyə yaradaraq hərarətli alqışlarla qarşılanıb.

Tanınmış dirijor Аziz Şoxakimov jurnalistlərə müsahibəsində Azərbaycanı çox sevdiyini və həmişə bu ölkəyə gəlmək arzusunda olduğunu, Bakıda çıxış etməsindən məmnun qaldığını bildirib. Azərbaycan musiqisinə valeh olduğunu söyləyən dirijor hətta Azərbaycan rəqsi öyrənməyə başladığını vurğulayıb.

Kamança ifaçısı Mehri Arifqızı isə müsahibəsində “Tekfen” Filarmoniya Orkestri ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdə çıxış etməsindən şərəf duyduğunu bildirib.

Qeyd edək ki, “Tekfen” Filarmoniya Orkestri 1992-ci ildə yaradılıb. Qara dəniz, Xəzər dənizi və Şərqi Aralıq dənizi bölgələrinin musiqiçilərini bir araya gətirdiyinə görə həm də “Üç dənizin səsi” adı ilə tanınır.

Orkestrin ölkəmizdə ilk konserti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2003-cü il yanvarın 14-də reallaşıb.

AZƏRTAC

Paylaş:
363

Son xəbərlər

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:24
Bütün xəbərlər