PAŞA Sığorta “Karyera üçün təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Sığorta “Karyera üçün təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib – FOTO

14:30 - 07 / 06 / 2018
PAŞA Sığorta “Karyera üçün təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib – FOTO

PAŞA Sığortanın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə Göyçay və Şəkidə “Karyera üçün təhsil” layihəsi çərçivəsində “Sığorta işinin əsasları” adlı silsilə təlimlər təşkil olunub.

PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçirilən təlim məşğələlərində iştirakçılar sığortanın əsas anlayışları, sığorta bazarının strukturu və şirkətin fəaliyyət xüsusiyyətləri ilə yaxından tanış olublar. Təlim zamanı tələbələr müxtəlif praktiki tapşırıqlar vasitəsilə sığorta məhsullarının növləri, onların xüsusiyyətləri və ümumilikdə sığortanın iş prinsipləri barədə biliklərə yiyələniblər. Təlimlər zamanı vurğulanıb ki, bu tipli tədbirlərin başlıca məqsədi regionlarda sığorta maarifləndirilməsini həyata keçirmək, o cümlədən gələcəkdə sığorta sahəsi üzrə gənc kadrların yetişdirilməsinə töhfə verməkdir.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub və fəallığı ilə fərqlənən gənclər PAŞA Sığortadan xüsusi hədiyyə ilə təltif ediliblər.

Qeyd edək ki, 2017-2018-ci tədris ilini əhatə edən “Karyera üçün Təhsil” layihəsi Göyçay və Şəki regionları üzrə peşə məktəblərində təhsil alan, ümumi təhsil pilləsindən sonra təhsilini davam etdirməyən və ya işsiz olan 17-29 yaş arası 200 gənci əhatə edir. Təqdirəlayiqdir ki, layihə iştirakçılarına peşəkar inkişaf təlimləri ilə yanaşı turizm, kənd təsərrüfatı, marketinq, satış və digər sahələr üzrə peşə yönümlü dərslər də keçilir. PAŞA Sığortanın təşəbbüsü, JA Azərbaycan İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə reallaşdırılan, gənclərin bilik və bacarıqlarını, məşğulluq imkanlarını artırmağı qarşısına məqsəd qoyan “Karyera üçün Təhsil” layihəsi peşəkar bacarıqların, maliyyə savadlılığının və sahibkarlıq biliklərinin artırılması istiqamətində təlimlər vasitəsi ilə gəncləri gələcək karyeralarında uğur qazanmaları üçün istiqamətləndirir.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Reklam hüququnda

 

Paylaş:
687

Son xəbərlər

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:24
Bütün xəbərlər