Məktəblərdə “İnsan hüquqları aylığı” keçirilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə “İnsan hüquqları aylığı” keçirilir – FOTO

14:49 - 07 / 06 / 2018
Məktəblərdə “İnsan hüquqları aylığı” keçirilir – FOTO

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.

1news.az-ın məlumatına görə, Təhsil Nazirliyi və Ombudsman Aparatı arasındakı əməkdaşlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə insan hüquqlarına dair mühazirə, konfrans, seminar, “Dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir.

“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Aylıq çərçivəsində "Hüquqlarımızı bilək”, “İnsan hüquqları”, “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri”, "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda şagirdlərlə söhbətlər aparılır.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır.

Mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. Həmçinin, insan və vətəndaş hüquq, azadlıqlarının qorunması, ona əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunulur.

Eyni zamanda, tədbirlərdə insan hüquq və azadlıqlarına həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılır.

1news.az

Paylaş:
615

Son xəbərlər

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:24
Bütün xəbərlər