ATU-da yeni təyinat – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ATU-da yeni təyinat – FOTO

16:20 - 07 / 06 / 2018
ATU-da yeni təyinat – FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor və baş həkim təyinatı olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Klinikanın direktoru vəzifəsinə Samir Allahverdiyev təyin edilib.

Bundan başqa, ali təhsil müəssisəsinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Klinikada kardioloq vəzifəsində çalışan Fuad Səmədov direktorun elm və tədris işləri müavini, terapevt Fəridə Hacıyeva isə direktorun müalicə işləri müavini vəzifəsinə gətirilib.

Xatırladaq ki, S.Allahverdiyevdən əvvəl ATU-nun Tədris Terapevtik Klinikasına Hüseyn Qabulov rəhbərlik edib.

S.Xankişiyeva

Paylaş:
2222

Son xəbərlər

Bütün xəbərlər