FHN: Bakıda ağaclıq ərazidə yanğın söndürülüb – YENİLƏNİB

Bakının Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Əlavə məlumat veriləcək.
16.35
Bakıda ağaclıq ərazidə baş verən yanğın lokallaşdırılıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində yanğının hadisə yerinin yaxınlığında yerləşən yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğın barədə Fövqəladə Hallar Nazirliyi də xəbər yayıb.
Xəbərdə bildirilir ki, Bakının Yasamal rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub.
İlkin məlumata görə, təxminən 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
S.Xankişiyeva