DİM magistr olmaq istəyən bakalavrlara müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM magistr olmaq istəyən bakalavrlara müraciət etdi

17:24 - 07 / 06 / 2018
DİM magistr olmaq istəyən bakalavrlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.

DİM-dən 1news.az-a daxil olan müraciətdə bildirilir ki, AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və  cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 2018-ci il 7-10 iyun tarixlərində DİM-in internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

Qeyd edək ki, AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında “Cədvəl 2”-də (səh. 5-7) verilib.

1news.az

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər