Ramazanın 24-cü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazanın 24-cü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

17:00 - 08 / 06 / 2018
Ramazanın 24-cü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Sabah Ramazan ayının iyirmi dördüncü günüdür.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:19-da, iftar isə saat 20:26-dadır.

Ramazan ayının iyirmi dördüncü gününün duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi:

“İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

Allah orucunuzu qəbul etsin!

S.Xankişiyeva

 

 

 

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər