“Mübarizlər” hər kəsi növbəti yarışmada iştirak etməyə dəvət edir – FOTO

İyunun 16-da FHN Təlim-Tədris mərkəzində “Gilan Holding”, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə Bakıda ötən il təşkil olunmuş möhtəşəm yarışmanın davamına start veriləcək.
“Mübarizlər” layihəsi ekstrim sevərlərə fəal istirahətin tam yeni formatını təklif edir – çətin keçilən ərazidə maneəli qaçış.
Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. Komanda iştirakı üçün 5 km uzunluğu olan trası fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 7 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.
Ötən ilin yarışmasından fərqli olaraq bu mövsümdə “Mübarizlər” hər iki formatda iştirak edənlər üçün pul mükafatı hazırlayıb. Ümumi mükafat fondu 15 000 AZN təşkil edir. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanmış olacaqlar. Bundan əlavə, fəal iştirakçıları çoxsaylı dəyərli hədiyyələr gözləyir.
Hər iki format üçün avto park, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub. Fiziki formasından asılı olmayaraq yarışmada hər kəs iştirak edə bilər.
Hal-hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilərək, bu yarışmalar artıq klassik idman növlərini geridə qoyur.
Dünyanın ən məhşur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyat yaratmaq üçün bu unikal şansı əldə etməyi sizə təklif edirik.
Layihənin məlumat dəstəyini APA agentliyi təqdim edir.
Yarışmada iştirak etmək üçün biletləri Iticket kassalarından əldə etmək mümkündür.
Reklam hüququnda