Fıstıq ağaclarına qənim kəsilən Xaçmaz sakini cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.
Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiət dəyən 709 manat məbləğində ziyan tətbiq olunub.
1news.az
443