BANM-ın tələbələri “İlin ən yaxşı tələbələri” seçildilər – FOTO
Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Mahirə Əsədzadə və həmin ixtisasın 2-ci kurs tələbəsi Abdulla Əsgərzadə 25-ci Beynləlxalq Xəzər Neft və Qaz sərgi-konfransında ali məktəbə ən yüksək balla daxil olduqları və uğur əldə etdikləri üçün “İlin ən yaxşı tələbəsi” adına layiq görülüblər. Tələbələr sertifikat və pul mükafatı ilə təltif olunublar.
1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, hər iki tələbə BANM-a 700 balla daxil olub. Abdulla Əsgərzadə BANM-a qəbul olduqdan sonra qısa bir müddətdə İELTS imtahanından 6.5 bal toplayaraq birbaşa Ali Məktəbin 2-ci kursuna qəbul olunub. Mahirə Əsədzadə isə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşısında möhtəşəm çıxışı ilə hər kəsin diqqətini qazanmışdı.
S.Xankişiyeva