Novruz Məmmədov cərimələrlə bağlı yeni sənəd imzaladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz Məmmədov cərimələrlə bağlı yeni sənəd imzaladı

10:51 - 08 / 06 / 2018
Novruz Məmmədov cərimələrlə bağlı yeni sənəd imzaladı

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin”, - deyə sənəddə bildirilir.

S.Xankişiyeva

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər