İtaliyanın yeni hökuməti TAP-a qarşı | 1news.az | Xəbərlər
İqtisadiyyat

İtaliyanın yeni hökuməti TAP-a qarşı

12:51 - 08 / 06 / 2018
İtaliyanın yeni hökuməti TAP-a qarşı

İtaliyanın yeni hökuməti Azərbaycan qazını Avropa bazarlarına nəql edəcək Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxacağını elan edib.

1news.az xəbər verir ki, bu barədə Reuters ölkənin ətraf mühit naziri Serjio Kosta istinadla yazıb. Nazir  İtaliyanın TAP-a  cəlb olunduğunu söyləyərək, bunu mənasız adlandırıb.

Əlavə edib ki, TAP-ın son mərhələsi  bəzi digər böyük layihələrlə birlikdə nəzərdən keçiriləcəkdir. 

“TAP masa üzərindədir və biz ona prioritet olaraq baxacağıq", İtaliyada hökumət koalisiyanın ən böyük partiyası olan “5 Ulduz”u təmsil edən ətraf mühit naziri vurğulayıb.

Onun sözlərinə görə, ölkənin enerji siyasətini, qaza tələbatını nəzərə alaraq, bu layihə bu gün mənasız görünür.

Bu cür yanaşma İtaliya ilə TAP layihəsini həyata keçirən tərəflər arasında gərginlik yarada bilər. 4.5 mlyard avro dəyəri olan layihə Britaniyanın BP, İtaliyanın Snam və İspaniyanın Enagas neft qruplarını əhatə edir.

Kosta TAP-ın gələcəyinə dair hər hansı bir qərarın qəbulunda başqa nazirlərin də iştirak edəcəyini söyləyib.

Qeyd edək ki, TAP layihəsi Cənub Qaz Dəhlizinin bir hissəsidir. Mayın 29-da Bakıda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub.İyunun 12-də isə Türkiyədə TANAP-ın açılışı olacaq.

P.Sultanova

 

 

 

Paylaş:
421

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər