Fərhad Məmmədov: TAP İtaliyanın daxili işi deyil, ümumavropa layihəsidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Fərhad Məmmədov: TAP İtaliyanın daxili işi deyil, ümumavropa layihəsidir

14:00 - 09 / 06 / 2018
Fərhad Məmmədov: TAP İtaliyanın daxili işi deyil, ümumavropa layihəsidir

Transadriatik qaz kəməri (TAP) İtaliyanın daxili işi deyil, Avropa Komissiyasının dəstəklədiyi ümumavropa layihəsidir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov İtaliyanın yeni hökumətinin skeptik bəyanatını şərh edərkən deyib.

F.Məmmədov qeyd edib: "Bu, iri transmilli şirkətlərin daxil olduğu böyük konsorsiumdur. TAP ümumavropa layihəsidir və Avropa Komissiyasının səlahiyyətindədir. Əgər İtaliyanın yeni hökumətində suallar yaranırsa və skeptik bəyanatlar səsləndirirsə, ilk növbədə buna həmin layihəni milli səviyyədən beynəlxalq səviyyəyə qaldıran Avropa Komissiyası reaksiya verməlidir".

Onun sözlərinə görə, vaxtilə SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsinin özəlləşdirilməsində iştirak etmək arzusunu elan edəndə və DESFA-nın səhmlərinin 66 faizini əldə edərək ilk mərhələni uğurla başa vuranda Avropa İttifaqının eyni şirkətin həm tədarükçü, həm paylayıcı, həm də satıcı kimi çıxış etməsinə imkan verməyən üçüncü emergetika zərfinə görə Dövlət Neft Şirkəti yekunda səhmlərin 17 faizini güzəştə getməli oldu:

"Bu, prosesi ləngitdi və nəticədə razılaşma pozuldu. Bu məsələdə məhz Avropa Komissiyası günahkar idi. Əgər Komissiya TAP layihəsini dəstəkləyirsə, qaz tədarükünün şaxələndirilməsi üzrə bütün strateji hədəfləri reallaşdırmağa cəhd edirsə, o zaman İtaliya hökumətinə müəyyən dərəcədə təsir göstərməlidir ki, həmin qaz kəməri vaxtında istismara verilsin".

SAM direktoru bildirib ki, əgər layihə vaxtında başa çatmasa, konsorsium bütün məsələlərlə bağlı məhkəmə qaydasında iddia qaldırmalıdır: "Belə ki, qazın bu kəmərlə nəql edilməsi barədə müqavilələr imzalanıb və bu qazın Avropa bazarlarına tədarük müddəti dəqiq göstərilib".

Qeyd edək ki, bir müddət əvvəl İtaliyanın ətraf mühit naziri Sercio Kosta İtaliyanın TAP və digər iri layihələrdə iştirakına yenidən baxılacağını deyib.

S.Xankişiyeva

 

Paylaş:
590

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər