Pivənin necə hazırlandığını öyrənmək istəyirsinizsə, “Carlsberg Azerbaijan”-a ekskursiya edin – FOTO

İyunun 7-də “Carlsberg Azerbaijan” öz pivəbişirmə zavodunda geniş auditoriya üçün müntəzəm ekskursiyalara start verib.
İndi hər bir azərbaycanlı və paytaxtın qonaqları ölkədə ən iri pivəbişirmə müəssisəsində pivənin necə hazırlandığını görmək üçün zavodu ziyarət edə bilər.
Pivə ekskursiyalarının rəsmi açılışında Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edib.
“Carlsberg Azerbaijan”-nın baş direktoru Vyaçeslav Maltsev tərəfindən qırmızı lent kəsildikdən sonra qonaqlar ekskursiyaya dəvət olunub.
Ekskursiya zamanı qonaqlar pivəbişirmə tarixi, qədim zamanlardan bu günədək texnologiyaların təkamülü ilə tanış oldular, təbii inqrediyentləri və ən son beynəlxalq standartlara cavab verən müasir istehsalı gördülər.
“Carlsberg Azerbaijan”nın baş direktoru Vyaçeslav Maltsev: “Mən inanıram ki, Pivə ekskursiyalarının açılışı həm pivə bazarı və istehlak mədəniyyətinin inkişafı, həm ölkədə sənaye turizminin inkişafında böyük addım olacaq. Bu gündən etibarən qapılarımız bütün ziyarətçilər üçün açıqdır və biz məhsulumuzu necə istehsal etdiyimiz barədə məmnuniyyətlə danışacağıq. Qeyd edim ki, şirkətimiz “Carlsberg Group”-un bir hissəsidir və məhsulumuz ən yüksək beynəlxalq keyfiyyət standartlarına cavab verir. Əminəm ki, Pivə ekskursiyaları pivə barədə bütün mifləri yox etməyə və istehlakçılarımızın məlumatlılığını artırmağa kömək edəcək”.
“Carlsberg Azerbaijan” hər kəsi pivə ekskursiyalarında iştirak etməyə, pivəbişirmə tarixi və müasir pivəbişirmə texnologiyası ilə tanış olmağa, pivənin peşəkar dequstasiyasında iştirak etməyə və zavoda ziyarətlə bağlı suvenir əldə etməyə dəvət edir.
Ekskursiyaya yazılmaq üçün (012) 342-09-00 nömrəsinə zəng edə, [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya və ya Facebook səhifəsinə yazmaq mümkündür.
Diqqət! Ekskursiyalar pulsuzdur!
“Carlsberg Azerbaijan” pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşir. Zavodun istehsal gücü ildə10 mln. dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). “Carlsberg Azerbaijan” şirkətinin büdcəyə illik ayırmaları təxmini 20 mln AZN, şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə təxmini 50 mln AZN təşkil edir. “Carlsberg Azerbaijan” şirkətinin məhsulları off-trade kanalında Azərbaycan bazarının 88%-ə yaxın hissəsini tutur (2017-ci il). Şirkətin portfelində Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika 4, Kuler, Efsane, Zhigulevsky phirmennoe, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon kimi məşhur brendlər var.
“Carlsberg Group” 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. “Carlsberg Group” dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 41000-dən çoxdur.
Reklam hüququnda