Ramazanın 27-ci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Sabah Ramazan ayının 27-ci günüdür.
1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:18-də, iftar isə saat 20:28-dədir.
Ramazan ayının 27-ci gününün duası:
Allahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya rəufən biibadihis-salihin!
Tərcüməsi:
Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!
Allah orucunuzu qəbul etsin!
1news.az
425