İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək

09:23 - 11 / 06 / 2018
İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək

İyunun 14-də “Art Tover” rəsm qalereyasında gənc və həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılacaq.

1news.az-ın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşacaq. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri nümayiş olunacaq.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq və Azərbaycan rəssamlarını tanıtdırmaqdır.

Sərgi bir həftə ziyarətçilər üçün açıq elan ediləcək.

1news.az

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər