Bakıda özəl bağçada uşaqlara işgəncə verilir - VİDEOFAKT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda özəl bağçada uşaqlara işgəncə verilir - VİDEOFAKT

12:51 - 11 / 06 / 2018
Bakıda özəl bağçada uşaqlara işgəncə verilir - VİDEOFAKT

Azxebercom-a Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü daxil olub. 

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Məlum olub ki, hər gün uşaqlara dözülməz zülm yaşadırlar. 

Deyilənə görə, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur. 

Həmin bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün, hələ ki, bu barədə informasiya vermirik. Bununla bağlı tərəfimizdən araşdırma aparılır və yaxın saatlarda həmin özəl bağçanın adını ictimaiyyətə açıqlayacağıq. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim icazə verib?!

1news.az

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər