“PASHA Sığorta”nın yeni məhsulu bütün dünyaya əhatə etmək üçün nəzərdə tutulub - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PASHA Sığorta”nın yeni məhsulu bütün dünyaya əhatə etmək üçün nəzərdə tutulub - FOTO

16:00 - 12 / 06 / 2018
“PASHA Sığorta”nın yeni məhsulu bütün dünyaya əhatə etmək üçün nəzərdə tutulub - FOTO

 Şirkət Azərbaycanda ilk dəfə beynəlxalq tibbi sığorta məhsulu təqdim edir

“PAŞA Sığorta” Azərbaycan sığorta bazarı üçün yenilik olan və maksimum dərəcədə geniş sığorta təminatı verən beynəlxalq tibbi sığorta məhsulunu təqdim edir. Şirkət bununla əlaqədar olaraq iyunun 8-də  200 nəfər qonaq və media nümayəndəsi üçün təqdimat mərasimi keçirib.

Tədbirdə “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova, şirkətin bu məhsul üzrə əməkdaşlıq etdiyi xarici tərəfdaşları “Crossborder Health Partners” və “Global Benefits Group” şirkətlərinin nümayəndələri, “Acıbadem” xəstəxanalar şəbəkəsinin ümumi cərrahiyə üzrə dosenti Doç.Dr.Tamer Karşıdağ və həkim-psixiatr Həlimə Qəmərlinskaya çıxış etmişdir. 

Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan “PAŞA Sığorta” xarici ölkələrin xəstəxanalarında keçərli beynəlxalq tibbi sığorta məhsulunu 2 növdə təklif edir – “Sərhədsiz Səhhət”“Tibbi Sığorta: Acıbadem”. Bu məhsulların bazara təqdim olunma ideyası da məhz müştərilərdən daxil olan çoxsaylı sorğulara əsasən yaranmışdır. Hər bir sığorta məhsulu iki paketdən ibarətdir. “Sərhədsiz Səhhət” paketləri bütün dünya üzrə ərazilərə bölünür.

“Sərhədsiz Səhhət” - dünyanın dörd bir yanında keçərli beynəlxalq tibbi sığorta məhsuludur və hər bir ərazi bölgüsü daxilində “Advantage” və “Advantage Plus” tibbi sığorta paketlərini seçmək imkanı verir: 1-сi ərazi - bütün dünya; 2-ci ərazi - Şimali Amerika istisna olmaqla, bütün dünya; 3-cü ərazi Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq, Sinqapur və  İsveçrə istisna olmaqla, bütün dünya; 4-cü ərazi - Şimali Amerika, Çin, Böyük Britaniya, Honq Konq. Sinqapur, İsveçrə, Avstraliya, Braziliya, Çili, Meksika, və Tayland istisna olmaqla bütün dünya.

“Tibbi Sığorta: Acıbadem” Bu tibbi sığorta məhsulu 2 paketdən ibarətdir. “Crystal” və “Diamond”.Crystal” tibbi sığorta paketi maksimum 80 000 ABŞ dolları, “Diamond” tibbi sığorta paketi isə maksimum 500 000 ABŞ dolları sığorta təminatına malikdir.

Qeyd olunan məhsulların təminatına xarici xəstəxanalarda check-up müayinə, hamiləlik, xroniki və onkoloji xəstəliklər kimi mühüm xidmətlər daxildir.

Tədbirdə çıxış edən “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bildirib: “Azərbaycanın ən böyük sığorta şirkəti olaraq biz hər zaman müştərilərimizə yalnız ən yaxşı həlləri təqdim edirik. Məhz buna görə biz beynəlxalq sağlamlıq sığortası üzrə böyük təcrübəyə malik olan “Cross Border Health Partners” və “Global Benefits Group”u partnyor şirkətlər kimi seçmişik. Biz çox şadıq ki, öz müştərilərimizə təkcə Azərbaycanda yox, həmçinin bütün dünyada yüksək səviyyəli tibbi sığorta üzrə xidmət təklif edə bilirik”

Qeyd edək ki, sığorta paketlərinin qiymətləri müraciət edən şəxsin yaşına, sağlamlıq tarixçəsinə görə dəyişir. Həmçinin fərdi, qrup, korporativ şəkildə müraciət edərək bu məhsulları  xüsusi şərtlərlə əldə edə bilərsiniz.

“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Reklam hüququnda

Paylaş:
2988

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər