Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlər görülür | 1news.az | Xəbərlər
İqtisadiyyat

Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlər görülür

16:51 - 13 / 06 / 2018
Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlər görülür

Peşəyönümlü Təhsilin  İnkişafına Yardım” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə tardımı ilə “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir.

Birliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, peşəyönümü  işi gənc nəslin təlim-tərbiyə sistemində mühüm yer tutan problemlərdəndir. Bu problem daima təhsil siteminin diqqət mərkəzində olub, hətta məktəblərdə peşəseçimi adlı fənn tədris edilib. Lakin son zamanlar bu işə diqqət azalıb.

“Gənclərlə peşəyönümü istiqamətində işlərin təşkili düzgün peşə seçimi, onların potensial  və qabiliyyətinə uyğun peşələrin seçilməsi, ölkə iqtisadiyyatının  tələblərinə uyğun olaraq aktual peşələrin seçilməsi üçün çox vacibdir. Bu məsələ ölkənin təhsil, iqtisadi, məşğulluq, demoqrafik və gənclər siyasətinin mühüm istiqamətlərindən  biridir. Bu məsələ eyni zamanda gələcəkdə  ölkənin məşğulluq  probleminin həllində,  gənclərlə əlavə təhsilin təşkilində də əhəmiyyət kəsb edir. 

Məlum olduğu kimi İKT sektoru Azərbaycanda  prioritet sahə olub,  qeyri-neft sektorunun  inkişafında  mühüm rola malikdir. Lakin İKT sektoru digər texniki sahələr kimi insan  kapitalının inkişafından çox asılıdır. Bu sahədə Azərbaycanda peşəkar kadrlara ehtiyac var. Bu səbəbdən İT sahəsinə gəncləri yönəltmək məqsədəuyğundur”- deyə, Birlikdən bildiriblər.

Qeyd edək ki, “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” layihəsinin ilkin mərhələsində məqsəd ölkənin əmək bazarında İT sahəsi üzrə hazırda tələb olunan peşələrin siyahısını müəyyən etməkdir.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər